22 Noyabr 2025, 10:31
FUTBOL
İngiltərə millisi və "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer tezliklə meydana qayıda bilməyəcək.
Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı yarımmüdafiəçi yeni zədə alıb. Palmer evində ayaq barmağını sındırıb.
Qeyd edək ki, Palmer qasıq zədəsi səbəbindən cari mövsümün əhəmiyyətli bir hissəsini buraxıb. Onun geri dönüşü noyabr ayına planlaşdırılırdı.
İngilis futbolçu bu mövsüm "Çelsi"də 4 oyunda 2 qol vurub.












