21 Noyabr 2025, 20:25
FUTBOL
Türkiyə Super Kuboku oyunlarının püşkü atılıb.
Matc.az xəbər verir ki, püşkün nəticəsinə əsasən ilk yarımfinal görüşü gələn il yanvarın 5-də Qaziantep şəhərində baş tutacaq.
İlk yarımfinal qarşılaşmasında "Qalatasaray"la "Trabzonspor" ilə üz-üzə gələcək.
İkinci yarımfinal matçıda yanvarın 6-da, Adanada "Fənərbaxça" "Samsunspor" ilə qarşılaşacaq.
Final oyunu isə yanvarın 10-da İstanbul Atatürk Olimpiya Stadionunda olacaq. Bütün qarşılaşmalar Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Qeyd edək ki, Türkiyə Super Kuboku ilk dəfə 4 komandanın iştirakı ilə təşkil olunacaq.












