"Barselona" "Bavariya"nın və İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etməkdə maraqlıdır.

Matc.az xəbər verir ki, bu barədə "BarçaTimes" məlumat yayıb.

Bildirilir ki, Keynin transferi polşalı hücumçu Robert Levandovskinin transferindən sonra mümkün olacaq.

İspaniya klubunun gələn yay "Atletiko"dan Xulian Alvaresdən daha çox Keyni transfer etməkdə maraqlı olduğu bildirilir, çünki ingilis futbolçunun qol vurma instinkti daha güclüdür.

Qeyd edək ki, Keyn bu mövsüm 23 matçda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2023-cü ildə "Tottenhem"dən Münhen klubuna 100 milyon avroya keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest