“Barselona”nın vingeri Markus Raşford cümə axşamı komandanın məşqinə qatılmayıb.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu şəxsi səbəblərə görə məşqi buraxıb və klub ona buna dair icazə verib.

İngiltərəli oyunçu bu gün ümumi qrupla birgə məşqlərə qayıdacaq. “Blauqrana” sabah La Liqanın 13-cü turu çərçivəsində “Kamp Nou”da “Atletik”i qəbul edəcək.

Qeyd edək ki, Raşford mövsümün əvvəlində “Mançester Yunayted”dən icarə əsasında “Barselona”ya qoşulub. Təcrübəli futbolçu Hansi Flikin rəhbərliyi altında keçirdiyi 16 oyunda 6 qol vurub, 9 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest