Misli Premyer Liqasının 12-ci turunun bu gün keçiriləcək “Sumqayıt” - “Qarabağ” oyununa maraq böyükdür.

Matc.az xəbər verir ki, “Sumqayıt” klubunun yaydığı məlumatda bildirilib ki, artıq 7500 bilet satılıb.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı 15:00-19:00 arası Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar.

Satışda məhdud sayda, yalnız 2 manatlıq biletlər qalıb.

Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.

Əlavə edək ki, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun 10 min tamaşaçı tutumu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest