21 Noyabr 2025, 13:17
FUTBOL
"Əl-Hilal"ın yarımmüdafiəçisi Ruben Neveş İngiltərə Premyer Liqasında qayıtmağa yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Mançester Yunayted" yanvar ayında portuqaliyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı şeytanlar"ın 30 yaşlı dayaq yarrımmüdafiəçisini 20 milyon avro qarşılığında heyətinə qatacağı bildirilir.
Qeyd edək ki, Ruben Neveş bu mövsüm "Əl-Hilal"ın heyətində keçirdiyi 18 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.












