21 Noyabr 2025, 12:58
FUTBOL
"Loryan"ın yarımmüdafiəçisi Artur Avom karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
"Fənərbaxça" kamerunlu futbolçunu heyətinə qatmaq istəyir. Avomun Fransa klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayında başa çatır. Bunu nəzərə alan İstanbul nəhəngi yayda azad agent statusunda olacaq 20 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Artur Avom bu mövsüm "Loryan"ın heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib.

_1763731087.jpg)










