PSJ-nin prezidenti və Avropa Klublar Assosiasiyasının rəhbəri Nasser Əl-Xelayfi Əşrəf Hakiminin oyun səviyyəsini yüksək qiymətləndirib.
Matc.az xəbər verir ki, mərakeşli sağ cinah müdafiəçisi bu yaxınlarda Afrikanın ən yaxşı futbolçusu seçilib. Klub prezidenti Hakimini dünyanın ən yaxşı futbolçularından hesab etdiyi bildirib:
“Hakimini dünyanın ən yaxşı futbolçularından biri hesab edirəm. O, Afrikanın ən yaxşı oyunçusudur, ötən mövsümdə inanılmaz uğurlar qazandı. Əşrəf PSJ-nin lideri və Mərakeş yığmasının kapitanıdır. Onunla çox fəxr edirəm”.
27 yaşlı müdafiəçi ilin ən yaxşı afrikalı futbolçusu adına “Liverpul”un hücumçusu Məhəmməd Salahı və “Qalatasaray”ın oyunçusu Viktor Osimhenini geridə qoyaraq layiq görülüb.
Qeyd edək ki, Əşrəf hakimi cari mövsümdə PSJ-nin heyətində 14 oyun, 2 qol və 3 qol ötürməsi ilə yadda qalıb.












