21 Noyabr 2025, 11:41
FUTBOL
İngiltərənin "Birmingem" klubu yeni stadion inşa edəcək.
Matc.az xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni arenanın tamaşaçı tutumu 62 000 nəfərlik olacaq. Layihəyə əsasən, stadion ingilis üslubunda 12 bacaya və sürüşdürülə bilən tavana sahib olacaq.
Arenanın tikintisi təxminən 2,5 milyard funt-sterlinqə başa gələcək. Stadionun 2030/31 mövsümünün startınadək hazır olması planlaşdırılır.
Klub hazırda ev oyunlarını 29 409 nəfərlik "Sent-Endryus2 stadionunda keçirir.
Qeyd edək ki, "Birmingem" hazırda Çempionşipdə çıxış edir və 15 turdan sonra 21 xal toplayaraq 11-ci pillədə qərarlaşıb.












