"Əl-Əhli"nin hücumçusu Ayven Toni Premyer Liqaya qayıtmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

İngiltərəli hücumçu DÇ-2026-də milli komandanın heyətində yer almaq arzusundadır. 29 yaşlı forvard Premyer Liqaya qayıtmaq üçün Asiya ölkəsində aldığı maaşdan 50 faiz az qazanmağa da hazırdır.

Qeyd edək ki, "Əl-Əhli" Ayven Tonini 2024-cü ilin avqust ayında "Brentford"dan 42 milyon avroya transfer edib. Təcrübəli futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində keçirdiyi 15 oyunda 11 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest