Türkiyənin "Başakşəhər" klubunun baş məşqçisi Nuri Şahin Moskva "Dinamo" komandasını çalışdırmaq təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.

Bildirilir ki, Dinamo idman direktoru Jelko Buvaç gələn qış transferində mümkün təyinatla bağlı Şahinlə əlaqə saxlayıb. Şahin təklifi rədd edərək bildirib ki, uzunmüddətli müqaviləsi olan "Başakşəhər"dən ayrılmaq planı yoxdur. O, klub rəhbərliyinin dəstəyini aldığını və komanda dəyişikliyini düşünmədiyini, xüsusən də sentyabrın sonlarında İstanbul klubuna keçdiyini vurğulayıb.

Qeyd edək ki, ötən yay baş məşqçi vəzifəsinə gələn Valeri Karpin istefa verdiyini açıqlayıb. İndi o, diqqətini Rusiya milli komandasına yönəltmək niyyətindədir. "Dinamo" komandasının müvəqqəti baş məşqçisi Rolan Qusev təyin edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest