Dünyanın ən böyük film və televiziya istehsalı şirkətlərindən biri olan "Warner Bros." "Fənərbaxça"nın hücumçusu Kərəm Aktürkoğluna qarşı İstanbul Əqli və Sənaye Mülkiyyət Məhkəməsində iddia qaldırıb.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.

İddia futbolçunun "Harri Potter" film seriyasından vizual görüntülərdən və audio materiallardan sosial mediada icazəsiz istifadə etməsi səbəbindən qaldırılıb. "Warner Bros." öz iddiasında qeyd edir ki, "Harri Potter", "Hoqvarts" və "Qriffindor" kimi bir çox termin Türkiyədə patentləşdirilib və yüksək kommersiya dəyəri var. Şirkət Aktürkoğlunun şəkillərdən icazəsiz istifadə edərək müəllif hüquqlarını pozduğuna inanır. İddiada həmçinin istintaqın oyunçuya əvvəlcədən xəbərdarlıq edilmədən aparılmalı olduğu bildirilir.

Qeyd edək ki, Türkiyə millisinin də formasını geyinən Aktürkoğlu bu mövsüm bütün yarışlarda "Fənərbaxça"nın heyətində 11 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest