20 Noyabr 2025, 19:30
FUTBOL
Madrid "Real"ının qapıçısı Tibo Kurtua komanda yoldaşı Kilian Mbappe barədə danışıb.
Matc.az xəbər verir ki, 33 yaşlı qolkiper fransalı hücumçunun komandanın lideri olduğunu bildirib:
"Bu il Mbappenin qalibiyyət mentalitetində böyük artım görürük. Aydındır ki, o, meydanda komandanın lideridir. Ötən mövsüm ona komandaya və öz mövqeyinə uyğunlaşmaq bir qədər çətin idi. Lakin bu il o, bizi irəli aparır".
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində keçirdiyi 19 matçda 19 qol vurub, 2 məhsuldar ötürmə edib.












_1763673824.jpg)