Misli Premyer Liqasında XII tura start verilir.
Matc.az xəbər verir ki, II dövrənin ilk turunun oyunları 3 günü əhatə edəcək.
İlk matç Yevlaxda baş tutacaq. "Karvan-Yevlax" bu mövsüm ilk dəfə doğma meydanda oyuna çıxacaq. Azər Həşimovun rəhbərlik etdiyi kollektiv "Kəpəz"i qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:00-da səsləndiriləcək. Son iki pillədə yer alan komandaların dueli maraqla gözlənilir. "Karvan-Yevlax" 11 turdan sonra 5 xal, "Kəpəz" isə 3 xal toplayıb.
Günün ikinci matçı "Sumqayıt"la "Qarabağ" arasında keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüş saat 19:00-da başlayacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mövsüm ərzində yeganə məğlubiyyəti "kimyaçılar"dan alıb. Bu amil matça marağı artırır. Sumqayıt səfəri "Qarabağ" üçün Çempionlar Liqasının "Napoli" ilə oyunundan əvvəl vacib sınaq olacaq. Son çempion 11 turdan sonra 23 xalla liderdir. Saşa İliçin komandası isə 20 xalla 4-cü yerdədir.
Turun mərkəzi qarşılaşması "Turan Tovuz"la "Araz-Naxçıvan" arasında baş tutacaq.Oyun Mehdi Hüseynzadə aadına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 15:00-da start götürəcək. Lider "Qarabağ"dan 1 xal gedri qalan Tovuz təmsilçisi 22 xalla 2-ci yerdədir. 19 xal toplayan "Araz-Naxçıvan" 6-cı pillədə qərarlaşıb.
1 illik fasilədən sonra Premyer Liqaya qayıdan və istədiyi nəticələri qazana bilməyən "Qəbələ" Zirəyə səfər edəcək. "Qırmızı-qaralar"ın qəsəbənin eyniadlı komandası ilə Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəyi oyunun startı saat 17:30-a planlaşdırılıb. 11 turdan sonra 20 xalı olan "Zirə" 5-cı sıradadır. Kaxaber Sxadadzenin komandası ilə 5 xal yığıb və 10-cu sırada özünə yer edib.
Son oyun günündə də iki qarşılaşma olacaq. Öncə "Sabah"la "Şamaxı" meydana çıxacaq. Görüş "Bank Respublika Arena"da təşkil olunacaq və saat 15:00-da başlayacaq. "Sabah" 21 xalla 3-cü, "Şamaxı" isə 13 xalla 8-ci pillədidir.
Tura "Neftçi" - "İmişli" matçı ilə yekun vurulacaq. Ardıcıl iki qələbədən sonra Azərbaycan derbisində "Qarabağ"a uduzan "Neftçi" "Palms Sports Arena"da "İmişli"ni sınağa çəkəcək. "Ağ-qaralar" keçirdiyi 11 oyunda 15 xal toplayıb. Onlar turnir cədvəlinin 7-ci pilləsindədir. Jorj Kaşkilyanın çalışdırdığı "İmişli" isə 12 xalla 9-cudur. Qarşılaşama saat 17:30-da start götürəcək.
Misli Premyer Liqası
XII tur
21 noyabr (cümə)
“Karvan-Yevlax” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 14:00
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zümrüd Ağayevа
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
22 noyabr (şənbə)
“Araz-Naxçıvan” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00
“Zirə” – “Qəbələ”
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Zirə İdman Kompleksinin stadionu, 17:30
23 noyabr (bazar)
“Sabah” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Bank Respublika Arena”, 15:00
“Neftçi” – “İmişli”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 17:30












