"Şaxtyor"un futbolçusu Artyom Bondarenko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "A Spor" televiziyası məlumat yayıb.

"Trabzonspor" ukraynalı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Super Liqa nəhənginin hədəfi Bondarenkonu yanvar ayında satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, Artyom Bondarenko bu mövsüm "Şaxtyor"un heyətində keçirdiyi 23 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib. Ukrayna millisinin üzvünün klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest