“Qalatasaray” “Real”ın vingeri Rodriqoya ciddi maraq göstərir.

Matc.az xəbər verir ki, İstanbul nəhəngi braziliyalı futbolçunu mövsümün ikinci yarısı hissəsi üçün icarəyə götürmək imkanını nəzərdən keçirir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "sarı-qırmızılar" 24 yaşlı oyunçunu 6 aylıq heyətinə qatmağa hazırdır. "Qalatasaray" “Real”a Rodriqonun maaşının 50%-ni ödəməyi təklif edəcək.

Qeyd edək ki, Rodriqo cari mövsümdə Madrid klubunun heyətində 13 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest