"Arsenal" İngiltərənin istedadlı futbolçularından biri hesab edilən cinah hücumçusu Maks Douman ilə ilk peşəkar müqaviləsini razılaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Bildirilir ki, oyunçunun özü digər komandalardan beş təklif alıb, lakin inkişafını doğma klubunda davam etdirmək qərarına gəlib.

Uzunmüddətli müqavilə 31 dekabr 2026-cı ildə, Douman 17 yaşına çatanda imzalanacaq.

Qeyd edək ki, bu mövsüm Douman bütün yarışlarda 5 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest