20 Noyabr 2025, 11:19
FUTBOL
Danimarka millisi və "Çelsi"nin qapıçısı Filip Yorgensen qış "transfer pəncərəsi" zamanı London klubundan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 23 yaşlı danimarkalı futbolçu 2026-cı il dünya çempionatının pley-off mərhələsindən əvvəl sabit performansını qorumaq istədiyi üçün bu variantı nəzərdən keçirir.
Qeyd edək ki, Yorgensen 2024-cü ilin yayında "Vilyarreal"dan 24 milyon avrodan çox pul qarşılığında "Çelsi"yə keçib. O, bu mövsüm bütün yarışlarda dörd oyun keçirib.






_1763633865.jpg)





