Parma hazırda azad agent statusunda olan təcrübəli qapıçı Visente Quaytanı transfer etməyə yaxındır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, 38 yaşlı qolkiper A Seriyası klubu ilə 1 illik müqavilə imzalayacaq. İspaniyalı "əlcək sahibi" zədə səbəbindən növbəti 3-4 ayı buraxacaq Dzion Sudzukinin əvəzləyicisi kimi nəzərdə tutulur.

Visente Quayta Premyer Liqa və La Liqa da daxil olmaqla, ən yüksək səviyyədə böyük təcrübəyə malikdir. O, “Valensiya” və “Xetafe”nin heyətində çıxış edib, uzun müddət “Kristal Pelas”ın əsas qapıçısı olub, son olaraq isə “Selta”nın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest