20 Noyabr 2025, 09:21
FUTBOL
Əşrəf Hakimi Afrikada ilin oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm Mərakeşli müdafiəçi PSJ ilə Çempionlar Liqasını, Fransa çempionatını, Fransa Kubokunu və Fransa Superkubokunu qazanıb. Bundan əlavə, Hakiminin heyətində olduğu parislilər ABŞ-da keçirilən FIFA klublararası dünya çempionatının finalına yüksəliblər.
Müdafiəçi PSJ-də bütün yarışlarda 55 oyun keçirib, 11 qol vurub və 14 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Hakimi hazırda Çempionlar Liqasının IV turunun "Bavariya"ya qarşı matçında kolumbiyalı yarımmüdafiəçi Luis Diasın sərt müdaxiləsindən sonra aldığı sol topuq zədəsindən sağalır.


_1763633865.jpg)






_1763583262.jpg)

