"Fluminense"nin 41 yaşlı müdafiəçisi Tyaqo Silva İngiltərədə yaşayan ailəsinin yanında oyunçu karyerasını başa vurmaq üçün Avropaya qayıtmağı düşünür.
Matc.az xəbər verir ki, bu barədə "Globo" məlumatı yayıb.
Bilirirlir ki, müqaviləsi 2026-cı ilin iyun ayına qədər olan futbolçu mövsümün sonunda klubdan ayrılacaq. "Fluminense" rəhbərliyi müqaviləni uzatmaq istəyir, lakin Silvanın şəxsi istəklərini başa düşür.
İtaliya mətbuatı potensial transfer iddiaçısı olan "Milan"dan mümkün təklifləri istisna etmir. Müdafiəçi karyerasını ailəsinin yaxınlığında başa vurmaq istəyir və onun prioriteti "Çelsi"də oynayan uşaqlarını mütəmadi olaraq ziyarət etməkdir.
Gələcək planda isə, üç ildən sonra məşqçiliyə keçid daxildir.
Qeyd edək ki, Silva əvvəllər "Milan", PSJ və "Çelsi"də oynayıb. O, Braziliya millisində 113 oyun keçirib və 7 qol vurub.





_1763583262.jpg)





