"Barselona" növbəti Çempionlar Liqası matçını son iki ildir təmirdə olan əfsanəvi "Kamp Nou" stadionunda keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, UEFA Kataloniya klubunun Çempionlar Liqasının 6-cı tur oyununu təmir olunmuş stadionda "Ayntraxt"a qarşı keçirmək istəyini təsdiqləyib.

"Barselona" bu stadionda ilk matçını 22 noyabrda "Atletik"ə qarşı keçirəcək.

Qeyd edək ki, "Kamp Nou"nun təmiri 2023-cü ildə "Espai Barça" layihəsinin bir hissəsi olaraq başlayıb. Stadiona yeni tribunalar, müasir dam, təkmilləşdirilmiş akustika və ən son təhlükəsizlik texnologiyaları ilə təhciz edilib. Təmir olunmuş arena 100.000-dən çox tamaşaçı qəbul edə biləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest