19 Noyabr 2025, 19:18
FUTBOL
Misli Premyer Liqasının XII turunun "Sumqayıt" – "Qarabağ" oyununa artıq 4000 bilet satılıb.
Matc.az xəbər verir ki, Mehdi Hüseynzadə adına stadionun kassasından da bilet satışı davam edir.
iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı hər gün 15:00-19:00 arası stadionun kassasından da biletləri əldə etmək mümkündür. Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
Qeyd edək ki, oyun 21 noyabr, saat 19:00-da keçiriləcək.


_1763583262.jpg)








