"Beşiktaş “Barselona”ya qapıçı Mark-Andre ter Ştegenin icarəyə götürülməsi barədə təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Türkiyə klubu kataloniyalılara maaş yükünü azaltmaqda kömək etmək istəyir və yayda 8 milyon avroluq satınalma opsiyasını müqaviləyə daxil etməyə hazırdır.

33 yaşlı alman qapıçı yayda aldığı ciddi zədə səbəbindən mövsümdə hələ bir oyun belə keçirməyib. Onun “Barselona” ilə müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest