"Qalatasaray"ın heyətində ciddi itki baş verib

Matc.az xəbər verir ki, İstanbul nəgənginin ulduz futbolçusu Viktor Osimhen zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu Nigeriya milli komandasının Konqo DR ilə keçirdiyi pley-off oyununda ayaq əzələsindən zədə alıb. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində keçirdiyi 12 oyunda 9 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest