21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 5-ci turu çərçivəsində səfərdə Cəbəllütariq yığmasının qonağı olub.

Matc.az xəbər verir ki, qarşılaşma Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektivin minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Murad Məddədov vurub.

Xallarını 5-ə yüksəldən millimiz 6 komandanın yer aldığı qrupda 5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.Bütün oyunlarda uduzan Cəbəllütariq isə sonuncu yerdədir.

Cəbəllütariq - Azərbaycan 0:1
Qol:
Murad Məmmədov, 54

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest