DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə matçında sonra müsahibə verən Şahruddin Məhəmmədəliyev tənqidlərə səbəb olub.

Matc.az xəbər verir ki, "Qarabağ"ın qapıçısının Azərbaycan dilində səlis danışa bilməməsi müsbət qarşılanmayıb. 31 yaşlı qapıçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, Azərbaycanı təmsil etdiyi üçün xoşbəxt olduğunu bildirib:

"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladır".

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2020-ci ildə Azərbaycan milli komandasının heyətində debüt edib. Təcrübəli "əlcək sahibi" yığmanın heyətində 35 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest