"Borussiya"nın hücumçusu Seru Qirassi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Adı açıqlanmayan bir klub qvineyalı forvardı transfer etmək istəyir. Ərəblər 28 yaşlı forvarda illik 20 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, Seru Qirassi bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 20 oyunda 11 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest