Argentinanın ən məşhur futbol klublarından biri olan "San Lorenzo" iflas həddindədir.

Matc.az xəbər verir ki, bu barədə "OneFootball" məlumat yayıb.

"San Lorenzo"nun maliyyə problemləri hücumçu Adolfo Qayçın 2020-ci ildə ÇSKA Moskvaya satılması ilə başlayıb. Müqavilənin şərtlərinə görə, Rusiya klubu transfer haqqını hissə-hissə ödəməli idi, "San Lorenzo"nun isə pula ehtiyacı vardı. Bu məqsədlə Argentina klubu İsveçrənin AIS investisiya şirkətinə müraciət edib. "San Lorenzo"ya ÇSKA-dan gələcək maliyyə hesabına ödəniləcək kredit götürüb.

ÇSKA Qayçın transferi üçün "San Lorenzo"ya birbaşa ödəniş edib və Argentina klubu AIS-ə olan krediti qaytara bilməyib. Bu, investisiya şirkəti ilə məhkəmə iddiasına səbəb olub və iddia bu yaxınlarda isveçrəlilərin xeyrinə başa çatıb.

"San Lorenzo" tezliklə AIS-ə olan borcu ödəməlidir. Əgər klub bunu etməsə, müflis elan ediləcək.

Qeyd edək ki, "San Lorenzo" Argentinanın ən populyar beş klubundan biridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest