12 Noyabr 2025, 17:18
FUTBOL
Coşua Zirkze qış transfer dönəmində “Mançester Yunayted”dən ayrılmağa yaxındır
Matc.az xəbər verir ki, niderlandlı hücumçu az oynamasından narazıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
24 yaşlı holland futbolçu “Everton”un əsas transfer hədəflərindən birinə çevrilib. Mersisayd klubu yanvar ayında hücum xəttini gücləndirməyi planlaşdırır.
Daha əvvəl “Everton” Qabriel Jezusu transfer etmək imkanını nəzərdən keçirmişdi. Lakin “Arsenal”ın baş məşqçisi Mikel Arteta braziliyalı hücumçunun zədədən sonra komandada qalmasını tələb edib. Buna görə də "Everton" diqqətlərini digər namizədlərə, o cümlədən Zirkzeyə yönəldib.


_1762969557.jpg)









