12 Noyabr 2025, 15:59
FUTBOL
Baş məşqçi Domeniko Tedeskonun qərarı ilə "Fənərbaxça"nın əsas komandasından uzaqlaşdırılan Cenk Tosun Super Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumaat yayıb.
"Kocaelispor" türkiyəlli forvardı transfer etmək istəyir. İzmit təmsilçisi yanvar ayında 34 yaşlı forvardı heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 7 oyunda 1 qol ötürməsi edib.












