"Mançester Siti" Fil Fodenlə yeni müqavilə imzalamağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Baş məşqçi Pep Qvardiola ingiltərəli vingerin komandada qalmasını istəyir. 25 yaşlı futbolçunun 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsinin müddəti daha 3 il artırılacaq.

Qeyd edək ki, Fil Foden "Mançester Siti"nin yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində keçirrdiyi 18 oyunda 7 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest