“Milan” Luka Modriçlə olan müqaviləni 2027-ci ilin yayına qədər uzatmağı nəzərdən keçirir.

Matc.az xəbər verir ki, komandanın baş məşqçisi Massimiliano Alleqri və idman direktoru İqli Tare 40 yaşlı xorvatiyalı futbolçunu klub layihəsinin əsas fiqurlarından biri hesab edirlər. Bu barədə yerli mətbuat məlumat yayıb.

Modriç ötən yay azad agent kimi “Milan”a qoşulub və 2026-cı il iyunun 30-dək nəzərdə tutulan müqaviləyə imza atıb.

Təcrübəli yarımmüdaffiəçi cari mövsümdə "rossonerilər"in heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest