"Feyenoord"un futbolçusu Kvinten Timber karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Dortmund "Borussiya"sı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Niderlandlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, Rotterdam təmsilçisinin yeni sözləşmə təklifini qəbul etməyib. Bunu nəzərə alan "Borussiya" 24 yaşlı oyunçu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Kvinten Timber bu mövsüm "Feyenoord"un heyətində keçirdiyi 14 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest