10 Noyabr 2025, 18:59
FUTBOL
İtaliya milli komandasının heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, "Fiorentina"nın hücumçusu Moyze Kin sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı forvard heyətdən kənarlaşdırılıb. Onun əvəzidə "Bolonya"dan Nikolo Kambyaqo yığmaya çağırılıb.
Qeyd edək ki, İtaliya seçməsi 13 noyabr tarixində Kişinyovda Moldova ilə, 3 gün sonra isə Milanda Norveçlə qarşılaşacaq.












