“Napoli”nin baş məşqçisi Antonio Kontenin gələcəyi ciddi sual altına düşüb.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" nəşrinin jurnalisti Matteо Moretto məlumat verib.

Mənbənin məlumatına görə, bu gün Konte ilə klub rəhbərliyi arasında görüş keçiriləcək. Görüşün məqsədi tərəflərin əməkdaşlığı davam etdirib-etdirməməyə qərar verməkdir. İtaliyalı mütəxəssis və rəhbərlik yaranmış vəziyyətin bütün aspektlərini ətraflı təhlil edəcək. Yaxın vaxtlarda İtaliya çempionu baş məşqçisiz qala bilər.

Antonio Konte 2024-cü ilin yayından “Napoli”ni çalışdırır.

Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun noyabrın 26-da Neapolda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest