"Fiorentina" baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

60 yaşlı mütəxəssisi uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Fiorentina" İtaliya A Seriyasında 10 turdan sonra 4 xal toplayıb və turnir cəvəlinin sonuncu pilləsində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest