Herbert Hayner növbəti müddətə "Bavariya"nın prezidenti vəzifəsinə seçilib.

Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

71 yaşlı funksioner klubun ümumi yığıncağında keçirilən səsvermədə 95,63 faiz səs toplayaraq qalib gəlib. Vitse-prezident Diter Mayer və vitse-prezidentin müavini Valter Mennekes də öz vəzifələrini qoruyublar.

Xatırladaq ki, Hayner 2019-cu ildən “Bavariya”nın prezidenti vəzifəsini icra edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest