Futbol agenti İngiltərə Premyer Liqası oyunçusuna silahla hədə-qorxu gəlib.

Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da baş verib. Adı hüquqi səbəblərə görə açıqlanmayan futbolçu həmin gün dostu ilə birlikdə Böyük Britaniyanın paytaxtı London küçələrində gəzərkən silahlı hədə ilə üzləşib.

Məlumata əsasən, polis 31 yaşlı futbol agentini saxlayıb. Onun barəsində odlu silahla hədə-qorxu gəlmək və şantajla bağlı araşdırma aparılır. Lakin hələlik rəsmi ittiham irəli sürülməyib. Agent girov müqabilində azadlığa buraxılıb və futbolçu ilə əlaqə saxlamaq ona qadağan edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest