03 Noyabr 2025, 12:29
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə çempionatında məhsuldarlığını davam etdirir.
Matc.az xəbər verir ki, Premyer Liqanın 10-cu turunda "Bornmut"a qarşı keçirilən oyunda (3:1) norveçli futbolçu dubl müəllifi olub və bununla da Luis Suares və Robbi Faulerin nailiyyətini təkrarlayıb.
Haaland Premyer Liqada ardıcıl olaraq 4-cü ev oyunudur ki, ən azı iki qol vurur. Daha əvvəl o, "Mançester Yunayted" (3:0), "Bernli" (5:1) və "Everton" (2:0) matçlarında da dubl edib.
Beləliklə, Haaland İngiltərə Premyer Liqası tarixində dörd ev oyununda ardıcıl olaraq ikidən çox qol vura bilən 3-cü futbolçu olub.












