01 Noyabr 2025, 11:58
FUTBOL
"Barselona" "Strasburq" hücumçusu Xoakin Paniçelli ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubu 23 yaşlı argentinalı oyunçunun bu mövsümdəki çıxışlarını bəyənib, çünki o, Fransa Liqa 1-də 10 oyunda 9 qol vurub.
Paniçelli bu mövsüm bütün yarışlarda 13 oyunda meydana çıxıb və 10 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında 23 yaşlı futbolçunun dəyəri 12 milyon avrodur.












