31 Oktyabr 2025, 19:00
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Türkiyə Superliqasında çıxış edən "Fatih Karagümrük" Marsel Liçka ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İstanbul təmsilçisi çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Qeyd edək ki, Marsel Liçka mövsümün əvvəlində "Fatih Karagümrük"ün baş məşqçisi təyin olunmuşdu. Komanda Superliqada 10 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

 
             
 















