Son həftələrdə ardıcıl məğlubiyyətlər alan "Liverpul" baş məşqçi Arne Slotla bağlı qərar verib.

Matc.az xəbər verir ki, İngiltərə çempionunun rəhbərliyi uğursuz nəticələrə baxmayaraq, niderlandlı mütəxəssislə güvənir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Qırmızılar" Slotla uzunmüddətli müqavilə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayında "Liverpul"un baş məşqçisi postuna təyin olunub. Komanda ötən mövsüm onun rəhbərliyi altında İngiltərə çempionu olub. Slotun komandası bu mövsüm isə son 7 oyunun 6-da məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest