31 Oktyabr 2025, 12:07
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi"də baş məşqçi dəyişikliyi reallaşa bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Rəhbərlik Entso Mareskanın işindən narazıdır. London təmsilçisi italyan mütəxəssislə yollarını ayrııb onun yerinə "Bornmut"da çalışan Andoni İraolanı gətirməyi planlaşdırır.
Entso Mareska 2024-cü ilin yayında "Çelsi"nin baş məşqçisi postuna təyin olunub. Onun klubla müqaviləsi 30 iyun 2029-cu il tarixinə kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Bakıda baş tutacaq.

 
             
 













_1761922707.jpg)

