"Mançester Siti"nin müdafiəçisi Natan Ake Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

"Kristal Pelas" niderlandlı futbolçunu transfer etmək istəyir. London təmsilçisi Akeni yayda gələn il klubdan ayrılacağı gözlənilən Mark Qehiyə əvəzləyici kimi düşünür.

Qeyd edək ki, Natan Ake bu mövsüm "Mançester Siti"nin heyətində 10 oyunda meydana çıxıb. 30 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest