PSJ-nin heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, Paris təmsilçisinin aparıcı futbolçularından olan Desire Due sıradan çıxıb.

Fransalı vinger Liqa 1-in 10-cu turunun "Loryan"la matçında zədələnib. 20 yaşlı oyunçu meydandan xərəklə çıxarılıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest