Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Ağdam klubunun mətbuat xidməti paylaşıb.

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest