"Qarabağ"ın Premyer Liqada "İmişli" ilə keçirəcəyi oyunun biletləri sabah satışa çıxır.

Matc.az xəbər verir ki, Misli Premyer Liqasının X turunda "İmişli" ilə oyunun biletləri sabah saat 12:00-dan etibarən satışda olacaq.

Bilet satışları iTicket.az-da onlayn satış, oyun günü isə həm iTicket.az-da onlayn, həm də "Azersun Arena"nın kassasında həyata keçiriləcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest