29 Oktyabr 2025, 13:18
FUTBOL
İspaniya La Liqasında kotyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, "Rayo Valyekano"nu çalışdıran İniqo Peres bu ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
37 yaşlı mütəxəssis sorğuda Xabi Alonso (Real Madrid) və Manuel Pelleqrinini (Betis) qabaqlayıb.
Qeyd edək ki, "Rayo Valyekano" oktyabr ayında ölkə çempionatında keçirdiyi 3 oyunda da qələbə qazanıb. Komanda La Liqada 10 turdan sonra 14 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

_1761752761.jpg)










