"Napoli"nin yarımmüdafiəçisi Slott Maktominey İngiltərə Premyer Liqasında qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Team Talk" məlumat yayıb.

"Tottenhem" şotlandiyalı futbolçunu transfer etmək istəyir. London klubu oyunçunu mövsümün sonunda heyətinə qatmaq istəyir.

Meydanda uğurlu performans göstərən Maktominey İtaliyadakı həyata uyğunlaşa bilmir. Ötən mövsüm A Seriyasının ən yaxşı oyunçusu seçilmiş 28 yaşlı yarımmüdafiəçi İngiltərəyə qayıtmaq barədə düşünür.

Qeyd edək ki, "Naapoli" Skott Maktomineyi 2024-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. Şotlandiya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest